Bakı. Trend:
2023-cü ildə 27 təhsil müəssisəsinin təhvil verilməsi planlaşdırılıb.
Trend-in məlumatına görə bunu bu gün Elm və Təhsil Nazirliyinin təsərrüfathesablı əsaslı tikinti və təchizat idarəsinin rəis müavini Fərhan Əliyev “Təhsil masası”da çıxışı zamanı bildirib.
O qeyd edib ki, 2022-ci ildə 31 təhsil müəssisəsi təhvil verilib.
“Məktəblərdən 26-sı tikilib, 5-i isə əsaslı təmir olunub. Həmin məktəblərin içində peşə, internat, məktəbdənkənar müəssisə də olub. Əlavə olaraq da 30 modul məktəbi quraşdırılıb”,- deyə o əlavə edib.