...

Bu şəxslərə kompensasiya və birdəfəlik ödəniş veriləcək

Cəmiyyət Materials 19 Yanvar 2023 10:06 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Rotasiya qaydasında yaşadığı ərazidən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına kompensasiya və birdəfəlik ödəniş veriləcək.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət qulluğu haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kompensasiya və birdəfəlik ödəniş veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti