...

“Rəqəmsal Gəncliyə Doğru” Forumu keçirilib (FOTO)

Cəmiyyət Materials 1 Fevral 2023 20:59 (UTC +04:00)
“Rəqəmsal Gəncliyə Doğru” Forumu keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Gənclər Fondunun, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə təşəbbüsü, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə 2 fevral Gənclər Gününə həsr edilmiş “Rəqəmsal Gəncliyə Doğru” Forumu keçirildi.

Gənclər Fondundan Trend-ə bildirilib ki, 1 fevral tarixində Bakı Konqres Mərkəzində baş tutan tədbirin təşkil edilməsində əsas məqsəd ölkə gənclərinin İKT bacarıqlarına dərindən yiyələnməsi, onların informasiya məkanında sərbəst və məqsədyönlü fəaliyyətinə nail olunması, rəqabət qabiliyyətli, məntiqi və qeyri-standart düşüncə tərzinə malik şəxslər kimi formalaşmasına dəstək verilməsini hədəfləyən Technest Təqaüd Proqramının cari icrası dövründə Fond və Agentlik tərəfindən ortaq fəaliyyət planına əsasən görülmüş işlərlə bağlı ictimai hesabat, yeni imkanlar və planlaşdırılmış birgə fəaliyyət planının elan edilməsindən ibarətdir.

Tədbir iştirakçıları əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan 2 fevral Gənclər Günü ərəfəsində baş tutan tədbirin qlobal dünyanın çağırışlarına cavab verən və ölkə rəhbəri cənab prezident İlham Əliyevin siyasətinin prioritetləri ilə uzlaşan mövzusu, müasir gənclərimizin innovativ, rəqəmsal bilik və bacarıqlarının inkişaf etdirilməsinə və təşviqinə töhfə verəcəyini bildiriblər.

Forumda əsas məqsədi ölkədə İKT sahəsində kadr bankının yaradılması prosesinə töhfə vermək və əmək bazarındakı kadr ehtiyaclarını qarşılamaq olan “Technest” Təqaüd Proqramının imkanları barədə ətraflı məlumat verilib və proqramın ötən 2022-ci il üzrə qalibləri elan edilib. Tədbirin gedişatında artıq elan edilmiş “Technest” Təqaüd Proqramının ikinci mərhələsinə gənclərin elektron xidmət stendi vasitəsilə interraktiv şəkildə müraciətləri “Gənc Könüllülər” tərəfindən sistemə qəbul edilib.

Gənclər Fondu və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə icra etdiyi fəaliyyətə və “Technest” Təqaüd Proqramına dair hesabatlar nümayiş etdirilib, gələcəkdə gənclərin rəqəmsal biliklərinin artırılması istiqamətində ortaq hədəflər, həmçinin “Technest” Təqaüd Proqramına gənclərin fəal şəkildə cəlb edilməsi barədə təkliflər səsləndirilib.

Yüzdən artıq gəncin iştirakı ilə həyata keçirilən tədbir gənclərin şəxsi və peşəkar inkişafla bağlı ekspert, təlimçilərin iştirakı ilə tematik sessiyalarla davam edib. Yekunda Forumunun iştirakçıları xatirə fotosu çəkdiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti