...

"TEKNOFEST" bu il İstanbul, İzmir və Ankarada keçiriləcək

Cəmiyyət Materials 2 Fevral 2023 06:51 (UTC +04:00)
"TEKNOFEST" bu il İstanbul, İzmir və Ankarada keçiriləcək

Bakı. Trend:

Aviasiya, kosmos və texnologiya festivalı "TEKNOFEST" bu il İzmir, İstanbul və Ankarada keçiriləcək.

Trend-in məlumatına görə, bu il Türkiyə Respublikasının 100 illiyi münasibətilə "TEKNOFEST" İzmir, İstanbul və Ankarada keçiriləcək.

Yenidən milyonlarla insanı toplayacaq "TEKNOFEST" 2023 martın 16-dan 19-dək İzmirdə, 27 aprel-1 may tarixlərində İstanbulda və 30 avqust-3 sentyabr tarixlərində Ankarada keçiriləcək.

Əvvəlki illə müqayisədə hər il daha çox yarışın keçirildiyi festivalda bu il 102 alt kateqoriya üzrə 41 əsas müsabiqə keçiriləcək.

Bu il "TEKNOFEST" yarışlarında mükafat fondu 13 milyon türk lirəsindən çox olacaq. İştirakçıların maddi dəstəyinə 30 milyon türk lirəsindən çox vəsait yönəldiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti