Cəbrayıl. Trend:
Azərbaycanın gözəlliyi məni valeh etdi.
Bu barədə hollandiyalı səyahətçi Qudo ter Horst Trend-in müxbiri ilə söhbət zamanı deyib.
Səyahətçi Azərbaycanın müharibə dəhşətləri ilə qarşılaşmalı olduğuna görə təəssüf hissi keçirdiyini bildirib.
"Bu torpaqda baş verənlərə görə çox məyusam. İnsanlar etnik və dini fərqliliklərə baxmayaraq, görüşlərindən asılı olmayaraq birgə sülh şəraitində yaşamalıdır", - o əlavə edib.
Səyahətçi Azərbaycana səfərindən məmnun olduğunu dilə gətirib.
"Bu xüsusi təcrübə idi və mən Azərbaycanda olduğum üçün çox xoşbəxtəm", - o yekun olaraq bildirib.
Xatırladaq ki, fevralın 4-də beynəlxalq səyahətçilərdən ibarət nümayəndə heyətinin Ermənistan işğalından azad edilmiş Azərbaycan ərazisinə altıncı səfəri baş tutur.
Nümayəndə heyətinin tərkibinə ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiya olmaqla 12 ölkənin nüfuzlu şəxsləri daxildir.
Səfər zamanı nümayəndə heyəti, həmçinin, işğal dövründə ermənilərin törətdiyi vandallıqlarla, ərazilərdəki yenidənqurma işləri ilə, hableə Qarabağ regionunun təbii gözəlliyi ilə tanış olacaqlar.