Bakı. Trend:
Fevralın 14-də gözlənilən hava şəraiti aşıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, Bakıda və
Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı,
əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə az
yağıntılı olacağı ehtimalı var.
Mülayim şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəz
olunacaq.
Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 4-6° isti
olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 766
mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gecə bəzi dağlıq
ərazilərdə yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir
duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.