...

Məscidlərdə imam və imam müavini vəzifələri üzrə müsahibə keçirilir (FOTO)

Cəmiyyət Materials 16 Fevral 2023 10:36 (UTC +04:00)
Məscidlərdə imam və imam müavini vəzifələri üzrə müsahibə keçirilir (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən fevralın 13-dən məscidlərdə vakant vəzifələrin tutulması üçün növbəti müsahibə prosesinə start verilib.

Trend xəbər verir ki, bu gündən imam və imam müavini vəzifələri üzrə 37 vakant yerə müsahibə keçirilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov bildirib ki, qeydiyyatdan keçmiş hər bir namizədə müsahibənin keçiriləcəyi gün və saat haqqında fərdi qaydada məlumat verilib: "Müsahibənin nəticələri isə keçirildiyi gün ərzində Komitənin rəsmi internet saytında (scwra.gov.az) yerləşdirilir. Uğur qazanmış namizəd təsdiq edilmiş qaydalara əsasən müsahibə bitdikdən sonra 30 iş günü müddətində Komitə sədrinin əmri ilə İslam dininə aid ibadət yerinə və ya ziyarətgaha rəsmi təyinat alır".

O, qeyd edib ki, 15 fevral tarixinədək qadın dini ayinlərin icraçısı vəzifəsi üzrə namizədlərin müsahibəsi keçirilib.

Xatırladaq ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn məsələlərin həlli məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası” hazırlanıb.

Bu qaydaya əsasən Dövlət Komitəsi tərəfindən İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün mütəmadi olaraq müsahibələr təşkil edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti