...

Azəbaycanda avtomobildən istifadə edən sərnişinlərin sayı artıb

Cəmiyyət Materials 23 Fevral 2023 13:11 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin yanvar ayında Azərbaycanda nəqliyyatçılar 138,3 milyon sərnişinə xidmət göstəriblər.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Sərnişinlərin 87,0 faizi avtomobil nəqliyyatı, 12,5 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 120,3 milyon sərnişin daşınıb və əvvəlki ilin yanvar ayı ilə müqayisədə 22,9 faiz artım qeydə alınıb.

Sərnişinlərin 95,3 faizi avtobus, 4,7 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi 26,3 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti