...

Milli Məclisdə pay torpaqları ilə bağlı məsələ qaldırılıb

Cəmiyyət Materials 14 Mart 2023 12:18 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İnsanların çoxu pay torpaqlarından istifadə edə bilmir. Ona görə ki, bu torpaqlar pərakəndə şəkildə və səhv bölüşdürülüb.

Trend-in məlumatına görə, bunu deputat Cavanşir Paşazadə Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, bu problem insanların pay torpaqlarından istifadə etməsinə maneçilik törədir.

Deputat qeyd edib ki, bu problemin həlli istiqamətində lazımı tədbirlər görülməlidir ki, insanlar öz torpaqlarından istifadə edə bilsin.

Deputat Aydın Hüseynov isə bildirib ki, 90-cı illərin əvvəllərində pay torpaqları özəlləşdirilib. “İndi həmin vətəndaşlar gəlib şəhərdə yaşayırlar. Heç onlar bilmir ki, pay torpaqları var. Həmin şəxslər sosial müavinət və digər məsələlərlə bağlı müraciət etdikdə məlum olur ki, onların adlarına pay torpaqları var”, - deyə deputat bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti