...

Məktəblərdə Novruz bayramı ilə bağlı tətil günləri açıqlanıb

Cəmiyyət Materials 15 Mart 2023 10:54 (UTC +04:00)
Məktəblərdə Novruz bayramı ilə bağlı tətil günləri açıqlanıb

Bakı. Trend:

Məktəblərdə Novruz bayramı ilə bağlı tətil günləri açıqlanıb.

Elm və Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Nazirlər Kabinetinin “2023-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” müvafiq qərarına əsasən tətil günləri aşağıdakı kimi müəyyənləşib:

beşgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində bu həftə son iş günü 17 mart, bayramdan sonra ilk iş günü 27 mart;

altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən təhsil müəssisələrində bu həftə son iş günü 18 mart, bayramdan sonra ilk iş günü 25 mart tarixləridir.

Qeyd edək ki, bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti