...

SOCAR-ın Bakı Ali Neft Məktəbinin 5 komandası “Teknofest”in finalında

Cəmiyyət Materials 28 Mart 2023 09:49 (UTC +04:00)

Bakı. Trend:

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbələrinin təmsil olunduğu 5 komanda Türkiyənin ən böyük Aviasiya, Kosmik və Texnologiya Festivalı olan “Teknofest”in final mərhələsinə vəsiqə qazanıb. Bununla da BANM Festivalda Azərbaycanı ən çox komanda ilə təmsil edən ali məktəb oldu.

“ForestBerg”, “Yıl 2020”, “GreenPack” komandaları Festivalın “Ətraf mühit və enerji texnologiyaları”, “Əkinçi” komandası “Kənd təsərrüfatı texnologiyaları”, “Zəngəzur” komandası isə “Maneəsiz yaşayış texnologiyaları” kateqoriyasında mübarizə aparacaq.

“ForestBerg” komandasının elmi rəhbəri Əmir Rza Vəxşuri (BANM-in Kimya mühəndisliyi kafedrasının müdiri), “Yıl 2020”nin İlkin Balazadə (BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının müəllimi), “GreenPack”in İnci Mirzəzadə (BANM-in Kimya mühəndisliyi kafedrasının böyük laborantı), “Əkinçi”nin Farad Kamyabi (BANM-in İnnovasiya və Tədqiqatlar Mərkəzinin rəhbəri), “Zəngəzur”un Aygül Musayevadır (BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının baş müəllimi).

Eyni zamanda, “Teknofest”in finalına vəsiqə qazanan “Azerbaijan Engineers Union” komandasında Bakı Ali Neft Məktəbinin tələbələri də təmsil olunur.

“Teknofest” Türkiyə Festivalı aprel-may aylarında Türkiyədə baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti