...

Əvəz Zeynallının məhkəməsində Zakir Fərəcovun adının hallanması yalandır - İcra Hakimiyyəti

Cəmiyyət Materials 28 Mart 2023 13:18 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Sumqayıt şəhər İcra Hakimiyyəti Əvəz Zeynallının məhkəməsində icra başçısı Zakir Fərəcovun adının hallanmasına münasibət bildirib.

İcra Hakimiyyətinin mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Əvəz Zeynallının cinayət işində icra başçısı Zakir Fərəcovun adının hallanması ilə bağlı yayılan məlumatlar yalandır: "Ötən gün mətbuatda Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq və digər ağır cinayətlərdə təqsirləndirilən "Səda TV" MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun işində Sumqayıt Şəhər İcra Başçısı Zakir Fərəcovun şahid qismində tanınması ilə bağlı məlumat yayılıb. Bildiririk ki, yayılmış məlumat həqiqəti əks etdirmir və bu işdə şəhər icra hakimiyyətinin başçısı deyil, Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin əməkdaşı şahid qismində tanınıb".

Qeyd edək ki, ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluq və digər ağır cinayətlərdə təqsirləndirilən, “Xural Yayınları” MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynallı və "Səda TV" MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Xatırladaq ki, Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, Baş Prokurorluğun İstintaq idarəsində aparılmış istintaq zamanı Əvəz Zeynallının ayrı-ayrı şəxslərdən hədə-qorxu gəlməklə, təkrar və külli miqdarda rüşvət almasına, habelə Əvəz Zeynallı və Elnur Şükürovun qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxslərin qərarına təsir etmək məqsədilə nüfuz alveri edərək pul almaları, xeyli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirmələri, eləcə də, digər şəxsi rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Odur ki, Əvəz Zeynallı Cinayət Məcəlləsinin 178.2.1, 311.3.2, 311.3.3, 311.3.4, 32.4, 312.2 və 312-1.1 və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə ittiham elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti