...

FHN-in əməkdaşı Afrika qitəsinin ən hündür nöqtəsinə yürüş edib (FOTO)

Cəmiyyət Materials 5 Aprel 2023 14:31 (UTC +04:00)
FHN-in əməkdaşı Afrika qitəsinin ən hündür nöqtəsinə yürüş edib (FOTO)

Bakı. Trend:

Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Sima Səfərova 25-28 mart 2023-cü il tarixlərində Afrika qitəsinin ən hündür nöqtəsi olan Kilimancaro dağının Uhuru zirvəsini fəth edib.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Tanzaniyanın Aruşa şəhərindən Kilimancaro dağının Uhuru zirvəsinə yürüş edən S.Səfərova dəniz səviyyəsindən 5895 metr yüksəklikdə yerləşən zirvədə Azərbaycan bayrağını dalğalandırıb.

Qeyd edək ki, Sima Səfərova Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicisidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti