...

Muğanlı-İsmayıllı-Qəbələ yolunun genişləndirilməsi məsələsinə aydınlıq gətirilib

Cəmiyyət Materials 6 Aprel 2023 15:24 (UTC +04:00)
Muğanlı-İsmayıllı-Qəbələ yolunun genişləndirilməsi məsələsinə aydınlıq gətirilib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Muğanlı-İsmayıllı-Qəbələ yolunun genişləndirilməsi layihəsinin qiymətləndirilməsi başa çatmayıb.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən ictimai dinləmələrdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov deyib.

O bildirib ki, yolda meşə zonaları var, sürüşmə ərazisidir: "İki ilə yaxındır ki bu barədə müzakirələr aparılır. Yolun qurulması vacib şərtdir. Həmin zona turizm zonası olduğu üçün yolun genişləndirilməsi vacibdir. Yol 77 kilometr, 4 lotdan ibarətdir. Yol meşə fondu, xüsusi mühafizə və bələdiyyə torpaqlarının ərazisinə düşür. Ərazinin 22,6 hektarı meşə, 5,1 hektarı xüsusi mühafizə olunan, 20 hektarı isə bələdiyyə torpağıdır. Mövcud yolun eni 8-10 metrdir. Yol genişlənəndə isə hər zolağı 3,5 metr olmaqla 4 zolaqlı tikiləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti