...

Xaricdə doktorantura təhsili üçün sənəd qəbulu aparılır

Cəmiyyət Materials 16 Aprel 2023 05:03 (UTC +04:00)
Xaricdə doktorantura təhsili üçün sənəd qəbulu aparılır

Bakı. Trend:

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulu aprelin 20-si saat 23:59-dək davam edəcək.

Bu barədə Trend-ə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı, elana dair ətraflı məlumat və qeydiyyat linki nazirliyin saytında müvafiq keçidlərdən əldə oluna bilər.

Əlavə sual yarandığı zaman “Mütəmadi verilən suallar” bölməsinə və ya [email protected] ünvanına müraciət etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti