...

Türkiyədə təhsil alan tələbələrin və onların yaxınlarının Azərbaycana quru yolu ilə keçməsinə icazə verilib

Cəmiyyət Materials 18 Aprel 2023 12:37 (UTC +04:00)
Türkiyədə təhsil alan tələbələrin və onların yaxınlarının Azərbaycana quru yolu ilə keçməsinə icazə verilib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın Türkiyə Respublikasındakı səfirliyi Türkiyədə təhsil alan Azərbaycan Respublikası vətəndaşlarına müraciət edib.

Trend xəbər verir ki, Azərbaycanın Türkiyə Respublikasındakı səfirliyinin yaydığı məlumata görə, Türkiyə Respublikasında ikinci semestrdə təhsilin distant qaydada həyata keçirilməsi ilə bağlı qəbul edilmiş qərar səbəbindən hazırda həmin ölkədə subbakalavr, bakalavr, magistratura, doktorantura və rezidentura təhsili alan AR vətəndaşları və onların birinci dərəcəli ailə üzvlərinin (ata/ana, ər/arvad, övladlar) tələbə biletini təqdim etməklə zəruri icazə olmadan 2023-cü ilin 10 may tarixinədək quru sərhədləri vasitəsilə Azərbaycan Respublikasına daxil olmalarına icazə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti