...

Bu şəxslər doktoranturaya qəbulda xarici dil imtahanından azad olunublar

Cəmiyyət Materials 19 Aprel 2023 10:27 (UTC +04:00)
Bu şəxslər doktoranturaya qəbulda xarici dil imtahanından azad olunublar
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

"Cambridge English Qualifications" beynəlxalq dil sertifikatına malik olanlar doktoranturaya qəbul zamanı xarici dil üzrə imtahandan azad olunacaqlar.

Trend-in məlumatına görə, bu barədə Baş nazir Əli Əsədovun imzaladığı qərarla “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda edilən dəyişiklikdə bildirilib.

Qeyd edək ki, indiyə qədər xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF, STANAG) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunublar. Dəyişikliyə əsasən, bu sıraya “Cambridge English Qualifications” beynəlxalq dil sertifikatı da əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti