Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxsləri ilə birlikdə Yeni Həyat qəsəbəsində səyyar qəbul keçirib. Qəbulda Yeni Həyat İnzibati Ərazi Dairəsi üzrə nümayədələriyinə daxil olan Yeni Həyat qəsəbəsi və Həbibkənd kəndinin sakinləri iştirak edib.
Görüş iştirakçıları əvvəlcə Yeni Həyat qəsəbəsində Şəhidlər
abidə kompleksinin önünə gül dəstələri düzüb, şəhidlərin xatirəsini
ehtiramla yad ediblər.
Daha sonra vətəndaşların müraciət və təklifləri dinlənilib.
Sakinlər elektrik təsərrüfatının yenilənməsi, suvarma kanallarının
təmizlənməsi, məktəb binasının əsaslı təmiri və digər sosial
məsələləri gündəmə gətiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.