...

Kür-Bakı su magistralında qəza olub, su verilişi dayandırılıb

Cəmiyyət Materials 2 May 2023 10:25 (UTC +04:00)
Kür-Bakı su magistralında qəza olub, su verilişi dayandırılıb

Bakı. Trend:

Kür-Bakı su magistralında qəza səbəbindən paytaxtda bir sıra ərazilərə su verilişində məhdudiyyət olacaq.

“Azərsu” ASC-dən Trend-ə verilən məlumata görə, Kür-Bakı magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması işlərinin aparılması ilə əlaqədar Bakı şəhəri Qaradağ, Səbail və Binəqədi rayonlarının bəzi ərazilərinə, həmçinin Hacıqabul rayonunun magistral kəmərin marşrutu boyu yerləşən kəndlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti