...

Kür-Bakı magistral su kəmərindəki qəza aradan qaldırılıb, su verilişi bərpa olunub

Cəmiyyət Materials 3 May 2023 11:03 (UTC +04:00)
Kür-Bakı magistral su kəmərindəki qəza aradan qaldırılıb, su verilişi bərpa olunub

Bakı. Trend:

Kür-Bakı magistral su kəmərində ötən gün baş verən qəza aradan qaldırılıb.

Bu barədə Trend-ə "Azərsu" ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.

"Su kəmərində baş verən qəzaya görə, Bakının bəzi əraziləri susuz qalan ərazilərə suyun verilməsi bərpa olunub", - deyə A.Cəbrayıllı qeyd edib.

Qeyd edək ki, ötən gün Kür-Bakı magistral su kəmərinin Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun 19-cu kilometrliyində Bakı şəhərinin Qaradağ rayonu ərazisindən keçən hissəsində qəza baş verib. Nəticədə ətraf əraziləri su basıb.

Qəzaya görə Bakı şəhəri Qaradağ, Səbail və Binəqədi rayonlarının bəzi ərazilərinə, həmçinin Hacıqabul rayonunun magistral kəmərin marşrutu boyu yerləşən kəndlərinə içməli suyun verilməsində məhdudiyyətlər yaranmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti