...

Bakı Ali Neft Məktəbinin baş müəllimi Aygül Musayeva “İlin mentoru” seçilib (FOTO)

Cəmiyyət Materials 24 May 2023 17:25 (UTC +04:00)
Bakı Ali Neft Məktəbinin baş müəllimi Aygül Musayeva “İlin mentoru” seçilib (FOTO)

Bakı. Trend:

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının baş müəllimi Aygül Musayeva Azərbaycan Qadınları İT-də Mükafatının (AWITA) qaliblərindən olub.

BANM-dan Trend-ə verilən məlumata görə, o, texnologiya sənayesinin nüfuzlu şəxsləri və ictimai xadimlərdən ibarət münfislər heyəti tərəfindən seçilərək “İlin mentoru” nominasiyası üzrə qalib elan edilib.

AWITA qadınların texnologiya sahəsində nailiyyətlərini qeyd etmək və müxtəlifliyi dəstəkləmək üçün təşkil edilən illik tədbirdir. Missiyası sahəvi rol modelləri tanıtmaq və texnologiya sahəsinə gələcək yeni nəsil mütəxəssisləri ruhlandırmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti