...

Əhaliyə verilən içməli su standartlara tam uyğundur - "Azərsu"

Cəmiyyət Materials 26 May 2023 16:40 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

"Azərsu" ASC-nin əhaliyə verdiyi içməli su standartlara tam uyğundur.

Trend-in məlumatına görə, bunu "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı deyib. O bildirib ki, Bakı şəhərində satılan su filtirlərinin əksəriyyəti vacib mineralları özündə saxlayaraq vətəndaşa "ölü" su verir.

"Biz standartlara uyğun su ilə abonentlərimizi təmin edirik. Kimsə fırıldaqçıların toruna düşüb, artıq pul verərək, keyfiyyətsiz su ilə təmin olunmaq istəyirsə bu, artıq onların problemidir".

Qeyd edək ki, "Azərsu" ASC-də brifinq keçirilir. Brifinqdə bildirilib ki, sudan israfçılığın qarşısını almaq üçün hazırlanan tədbirlər planına uyğun olaraq hər bir rayon üzrə yaradılan xüsusi qruplar mayın 1-dən fəaliyyətə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti