...

Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək

Cəmiyyət Materials 27 May 2023 09:34 (UTC +04:00)
Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək

Bakı. Trend:

Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək.

Trend xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, spiker 42 deputatın tələbi əsasında parlamentin növbədənkənar sessiyasını çağırır.

Artıq deputatlar müvafiq qaydada müraciət ediblər.

Qeyd edək ki, parlamentin yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. Mayın 31-də Milli Məclisin payız sessiyası çərçivəsində son iclası keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti