...

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Cəmiyyət Materials 31 May 2023 20:55 (UTC +04:00)
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 767 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 73, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 125, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 556, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 13 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 965 646, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 411 472, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı .4 883 863, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 404 077, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 234 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti