...

Heydər Əliyev Beynəlxalq Aeroportunda musiqili fleşmob keçirilib (VİDEO)

Cəmiyyət Materials 3 İyun 2023 14:11 (UTC +04:00)
Heydər Əliyev Beynəlxalq Aeroportunda musiqili fleşmob keçirilib (VİDEO)

Bakı. Trend:

Azərbaycan Mülki Aviasiyasının 85 illiyi münasibətilə Heydər Əliyev Beynəlxalq Aeroportunda qeyri-adi fleşmob keçirilib.

Trend xəbər verir ki, mülki aviasiya üçün əlamətdar olan bu gündə sərnişinlərə xüsusi sürpriz - gözəl musiqi və yay əhval-ruhiyyəsi təqdim edilib.

Beynəlxalq reyslərin sərnişinləri maraqlı musiqi proqramı ilə qarşılanıb. Fleşmob hər kəsə mülki aviasiyanın ölkə üçün əhəmiyyətini xatırladan parlaq bir hadisə olub.

Dünən, iyunun 2-də Azərbaycan Mülki Aviasiyası yaranmasının 85 illiyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti