Bakı. Trend:
Tətil zamanı şagird davranış qaydalarının yekun versiyası təsdiq ediləcək.
Trend-in məlumatına görə, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev 2022-2023-cü tədris ilinin yekunları, növbəti tədris ili üzrə gözləntilər və digər məsələlərlə bağlı media nümayəndələri ilə keçirilən maarifləndirici görüşdə deyib.
O qeyd edib ki, artıq sentyabrda bütün məktəblərdə bu qaydaların tətbiqinə başlanılacaq.