...

BSU-da yeni ixtisaslar açılır

Cəmiyyət Materials 7 İyun 2023 12:49 (UTC +04:00)
BSU-da yeni ixtisaslar açılır

Bakı. Trend:

Bakı Slavyan Universitetində (BSU) 2023/2024-cü tədris ili üçün bakalavriat səviyyəsinə dörd yeni ixtisas -"Politologiya" (Rus bölməsi), “Tarix müəllimliyi”(Rus bölməsi), "Tərcümə" (rus dili-türk dili) - (Rus bölməsi), "Filologiya" (türk dili və ədəbiyyatı)-(Azərbaycan bölməsi) ixtisaslarına tələbə qəbulu həyata keçiriləcək.

Bununla da, BSU-da bakalavriat səviyyəsində tələbə qəbulu aparılan ixtisasların sayı artaraq 18 olacaq.

Eyni zamanda, magistratura səviyyəsində bir yeni ixtisas - “Menecment” (təhsil sahəsi üzrə)-( Azərbaycan bölməsi) ixtisasına qəbul aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti