...

Diqqət: Su ilə bağlı ödəniş sistemləri bu tarixdə işləməyəcək

Cəmiyyət Materials 16 İyun 2023 13:04 (UTC +04:00)
Diqqət: Su ilə bağlı ödəniş sistemləri bu tarixdə işləməyəcək

Bakı. Trend:

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Müştəri informasiya sisteminin məlumat bazasının yenilənməsi və təkmilləşdirilməsi ilə əlaqədar 17 iyun 2023-cü il tarixindən saat 23:30-dan etibarən 24 saat müddətində yeni sistemə keçid işləri aparılacaq.

Azərbaycan Dövlət Su Ehtiyatları AgentliyindənTrend-ə verilən məlumata görə, bununla əlaqədar müştəri informasiya sisteminə bağlı aşağıda qeyd olunan sistemlərin fəaliyyəti prosesin davam edəcəyi müddətdə müvəqqəti dayandırılacaq.

Dövlət qurumları ilə bağlı veb servislər
APUS ödəniş sistemləri
Asanpay Ödəniş sistemi
Bütün operatorlardan sorğuları qəbul edən hesaba ödəniş sistemləri
Smart kart ödəniş sistemləri
Elektron xidmətlər
Smart proqramlar
MİS-lə inteqrasiyada işləyən CİS proqramları
Məlumat hesabat proqramları (Dashboard-lar)
İVR borc öyrən xidməti
Mobil oxumalar
MİS-in bütün modulları
Zəng mərkəzinin MİS qeydiyyat imkanları
Digər daxili proqramlar

Profilaktiki tədbirlərlə əlaqədar qeyd olunan müddətdə smart-kartlara yükləmə əməliyyatlarının aparılması, su və kanalizasiya xidmətlərindən istifadəyə görə yaranmış borcların ödənilməsi mümkün olmayacaq. Bunları nəzərə alaraq abonentlər ehtiyat tədbirləri görməli, zərurət varsa balanslarını gün ərzində artırmalıdır. Borcların öyrənilməsi və ödənilməsi, elektron xidmətlər və s. əməliyyatların profilaktiki işlər yekunlaşdıqdan sonra aparılması mümkün olacaq. Qeyd olunan müddətdə 955 Zəng mərkəzinin fəaliyyətində də müəyyən məhdudiyyətlər yaranacaq.

Abonentlərdən məsələyə anlayışla yanaşmağı xahiş edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti