...

Bakının bu marşrut xəttindəki gedişhaqqı tələbi qanunidir? - Sərnişinləri çaşdıran TARİF (FOTO)

Cəmiyyət Materials 17 İyun 2023 09:43 (UTC +04:00)
Bakının bu marşrut xəttindəki gedişhaqqı tələbi qanunidir? - Sərnişinləri çaşdıran TARİF (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Sosial şəbəkələrdə Koroğlu-Buzovna xətti üzrə hərəkət edən 107 saylı avtobus marşrutunun özünəməxsus gediş tarifləri müəyyənləşdirdiyi haqqında məlumat yayılıb.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Trend-ə bildiriblər ki, “Ayşən-LTD” MMC-nin istismarında olan 107 saylı müntəzəm marşrut xətti üzrə avtobuslarda gedişhaqqı tarif şurasının müvafiq qərarına əsasən məsafəyə uyğun olaraq müəyyən edilib.

Bildirilib ki, bu xətt üzrə Buzovna qəsəbəsi (Əli Ayağı ziyarətgahı) -“Koroğlu” NMM və əks istiqamətdə gedişhaqqı 0.60 azn, Buzovna qəsəbəsi (Əli Ayağı ziyarətgahı)- Sabunçu qəsəbəsi 0.50 azn, Buzovna qəsəbəsi (Əli Ayağı ziyarətgahı)-Maştağa Zabrat yolu istiqamətində isə gediş haqqı 0.40 azndir. Daşıyıcı da bu qərara əsasən avtobusun solununda müvafiq məlumatları yerləşdirib.

Qeyd edək ki, 107 saylı müntəzəm marşrut xətti üzrə gedişhaqqının ödənişi hələki nağd formada həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti