...

Tikinti şirkətlərinin QİYMƏT HOQQASI - Vətəndaşlar belə aldadılır

Cəmiyyət Materials 19 İyun 2023 13:48 (UTC +04:00)
Tikinti şirkətlərinin QİYMƏT HOQQASI - Vətəndaşlar belə aldadılır
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda tikinti şirkətləri şirnikləndirici reklamları ilə insanları aldadırlar. Belə ki, qiymətlərin ucuz və sərfəli, cibinzə uyğun olduğunu reklam edirlər, lakin konkret qiymətləri göstərmirlər. Qiyməti bilmək üçün isə şirkətə şəxsən zəng etmək lazımdır. Zəng edən zaman isə soylədikləri qiymət adamı sözün həqiqi mənasında şoka salır.

Misal üçün tikinti şirkətlərindən biri eyni aldadıcı tərzdə reklam aparır. Qiyməti öyrənmək üçün zəng vurusan və şoka düşürsən: 126 kvadrat metr evin ipoteka ilə qiyməti – ilkin ödəniş 72 min manat və 20 il ayda 1790 manat, bu da edir ümumilikdə 501,600 manat. Bunun harası və nəyi cibimizə uyğun oldu?

Məsələ ilə bağlı Trend-ə açıqlama verən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, bəzi şirkətlər uzun müddətdir ki, bazarda məhz bu reklamların hesabına qalırlar.

“Amma reklam da doğru olmalıdır, insanları aldatmaq yolu ilə olmamalıdır. Reklam bazar şərtlərinə uyğun olmalıdır. Bəzən görürük ki, tikinti şirkətlərinin reklamları mövcud bazar tələblərinə uyğun deyil və bir çox hallarda vətəndaş bu raklama aldanır, gedir mənzil alır. Gələcəkdə də vətəndaş mənzilin pulun ödəyə bilmir və məlum olur ki, tikinti şirkəti əslində bağladığı müqavilədə qarşı tərəfin pulu ödəyə bilməyəcəyini əvvəlcədən bildiyinə görə müqaviləni elə tərtib edib ki, vətəndaşın ödədiyi ilkin ödənişi belə geri qaytarmır.

Hesab edirəm ki, bu hallar olmamalıdır. Buna nəzarət olmalıdır”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti