Bakı. Trend:
Dərman vasitələri üçün içlik vərəqələrinin Azərbaycan dilində olması tələbi idxalçılar üçün kifayət qədər ciddi problem yaradırdı.
Trend-in məlumatına görə, bunu səhiyyə nazirinin müavini Rasim İsmayılov Milli Məclisin Səhiyyə komitəsinin bugünkü iclasında deyib.
O qeyd edib ki, xarici dərman şirkətləri Azərbaycan dilində içlik vərəqələri hazırlamaqda maraqlı deyildilər.
O qeyd edib ki, “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişiklikdə dil məhdudiyyətinin aradan qaldırılması təklif edilir. “Türk, rus və digər dillərdə də içlik vərəqələrinin qəbul edilməsi təklif edilir”, - deyə o əlavə edib.