Bakı. Trend:
Bakıda “İnsan resursları zirvəsi 2023” forumu işə başladı.
Trend-in məlumatına görə, forumun açılış mərasimində əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, iqtisadiyyat nazirinin müavini Elnur Əliyev, elm və təhsil naziri Emin Əmrullayev, gənclər və idman naziri Fərid Qayıbov, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə çıxış edəcək.
Tədbirdə həmçinin bir sıra dövlət qurumlarının rəhbərləri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələri, xarici ekspertlər, insan resursları üzrə mütəxəssislər, millət vəkilləri, media nümayəndələri iştirak edir.