...

Baş prokuror Laçın və Qubadlıda hərbi hissələrdə olub (FOTO)

Cəmiyyət Materials 22 İyun 2023 19:16 (UTC +04:00)
Baş prokuror Laçın və Qubadlıda hərbi hissələrdə olub (FOTO)

Bakı. Trend:

İyunun 22-də Baş prokuror Kamran Əliyev Laçın və Qubadlıda Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili Qoşunlara məxsus hərbi hissələrdə olub.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş prokuror əsgər və zabitlərlə görüş keçirib.

Baş prokuror Kamran Əliyev Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış hərbi-siyasi zəfərin əhəmiyyətindən bəhs edib.

Sonra bir qrup hərbçiyə Silahlı Qüvvələr Günü münasibətilə qiymətli hədiyyələr təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti