...

BSU və Türkiyənin Türk-Alman Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb (FOTO)

Cəmiyyət Materials 25 İyun 2023 11:49 (UTC +04:00)
BSU və Türkiyənin Türk-Alman Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb (FOTO)

Bakı. Trend:

Bakı Slavyan Universitetində (BSU) Germanistika İnstitutunun təşkilatçılığı ilə keçirilən "Alman və Azərbaycan Ədəbiyyati mühacirət, sürgün və repressiya kontekstində" adlı II beynəlxalq elmi simpoziumu çərçivəsində BSU və Türkiyənin Türk-Alman Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Tədbirdə BSU-nun rektoru Anar Nağıyev, Türk-Alman Universitetinin rektoru Cemal Yıldız, Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Ali Rza Altunel, hər iki universitetin əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru Anar Nağıyev bugünkü tədbir çərçivəsində sözügedən müqavilənin imzalanmasının xüsusi əhəmiyyət daşıdığını bildirib. Rektor iki universitet arasında əməkdaşlığın həm tələbə, həm də mütəxəssislər üçün faydalı olacağına əminliyini ifadə edib.

Türk-Alman Universitetinin rektoru Cemal Yıldız Azərbaycanla Türkiyə arasında tarixi dostluq əlaqələrinin davam etdiyini bildirib və bu müqavilə ilə əlaqələrin daha da genişlənəcəyinə əmin olduğunu deyib. O, cari ilin 30 oktyabrında Türk-Alman Universitetinin 10 illik yubileyinin qeyd ediləcəyini deyərək, rektor Anar Nağıyevi və BSU Germanistika İnstitutunun müdiri Sevinc Rzayevanı universitetə dəvət edib.

Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Ali Rza Altunel iki qardaş ölkə arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyni vurğulayıb. O, hər iki universiteti qarşılıqı əməkdaşlıq müqaviləsinin imzalanması münasibətilə təbrik edib.

Sonra müqavilənin imzalanma mərasimi baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti