...

Azərbaycan idmanı bütün ölkədə təbliğ etməyə çalışır

Cəmiyyət Materials 27 İyun 2023 21:23 (UTC +04:00)
Azərbaycan idmanı bütün ölkədə təbliğ etməyə çalışır
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan müxtəlif regionlarda, o cümlədən Bakı şəhərində idmanın inkişafı üçün müxtəlif layihələri fəal şəkildə həyata keçirir.

Trend xəbər verir ki, bunu Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov bədən tərbiyəsi və idman nazirlərinin və yüksək vəzifəli şəxslərin VII Beynəlxalq Konfransı (MINEPS VII) ilə bağlı keçirilən brifinqdə deyib.

"Nazirliyimizin fəaliyyəti sağlam cəmiyyətin yaradılmasına yönəlib. Biz hər yaşdan mümkün qədər çox insanı idmana cəlb etməyə çalışırıq", - deyə o bildirib.

Nazir idmanda gender bərabərsizliyindən də danışıb və xüsusilə regionlarda mövcud problemlərin aradan qaldırılması üçün idmanın təbliğinin vacibliyini vurğulayıb. O qeyd edib ki, son vaxtlar Azərbaycan milli komandasında qadın güləşçilərin sayı artır.

F.Qayıbov həmçinin MINEPS konfransının idmanın inkişafının təşviqi üçün beynəlxalq forum kimi əhəmiyyətini, eləcə də postpandemiya dövründə idmanın stimullaşdırılmasına yönəlmiş "Fit For Life" (“Həyat üçün uyğun”) təşəbbüsünün əhəmiyyətini vurğulayıb.

Onun sözlərinə görə, konfransın yekununda Bakı Bəyannaməsi qəbul olunacaq.

İyunun 26-29-da Bakıda 150-dək ölkənin nümayəndələrinin iştirakı gözlənilən bədən tərbiyəsi və idman üzrə nazirlərin və yüksək vəzifəli şəxslərin VII Beynəlxalq Konfransına (MINEPS VII) ev sahibliyi edir. İyunun 26-27-də bu konfrans çərçivəsində çoxtərəfli forum keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti