...

Bir mənzilin bir neçə şəxsə satılması cinayətinin qurbanları artır - Rəqəmlər

Cəmiyyət Materials 7 İyul 2023 11:24 (UTC +04:00)
nəfərdir
Bir mənzilin bir neçə şəxsə satılması cinayətinin qurbanları artır - Rəqəmlər
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Qeyri rəsmi məlumatlara görə, bir mənzilin bir neçə şəxsə satılması cinayətinin qurbanı olan şəxslərin sayı 5250 nəfərdir.

Trend-in məlumatına görə,bu barədə tikinti sektoru subyektləri arasında vahid müqavilə formasının tətbiqi və bu sahədə mübahisələrin mediasiya yolu ilə həlli ilə bağlı konfransda çıxışı zamanı deputat Zahid Oruc deyib.

"Nəzərə alsaq ki, hər vətəndaşın minimum 4 nəfərlik ailə tərkibinə malikdir, onların məruz qaldığı stress və maliyyə itkiləri hökumətdən bu sahədə təsirli tədbirlər görməyi tələb edir. Onu deyək ki, Azərbaycandan Avropa Məhkəməsinə müraciətlərin 90 faizə qədəri mülkiyyət hüquqları ilə bağlıdır.

2020-ci ildən sonra pandemiya, daha sonra Rusiya-Ukrayna müharibəsi tikinti sektoruna mənfi təsir edib. Son bir ildə mənzillərin əksəriyyəti kreditlə satılır. Bura həm ipoteka krediti, həm də bank daxili kreditlər aiddir. Böyük şirkətlər uzun illərdir ki, kreditlə evlər satırlar. Beləliklə, tikinti şirkətləri ilə hüquqi problemlər yaranan kimi, bank sektoru ilə birgə zəncirvari reaksiya işə düşür və iqtisadiyyatın bir neçə seqmenti o sindroma yoluxur", - deyə Z.Oruc əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti