...

Bakıda magistral su kəməri partladı - Ətrafı su basıb (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 26 İyul 2023 14:22 (UTC +04:00)
Bakıda magistral su kəməri partladı - Ətrafı su basıb (ƏLAVƏ OLUNUB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda magistral su kəmərində qəza baş verən əraziyə qəza briqadası göndərilib.

Bunu Trend-ə açıqlamasında “Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.

"Magistral su xəttində axıntıdır. Əraziyə qəza briqadası cəlb olunub", - deyə o, əlavə edib

XXX
Saat: 13:48

Bakıda magistral su kəmərində qəza baş verib.

Trend-ə daxil olan məlumata görə, Bakı-Ələt yolunun Qaradağ rayonundan keçən hissəsində baş verən qəza zamanı kəmərdən axan su ətrafa yayılıb.

Suyun ətrafa yayılması eyni zamanda magistral yolda hərəkət edən avtomobillərin hərəkətinə ciddi maneələr yaradıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti