...

Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı növbəti imtahanın vaxtı açıqlanıb

Cəmiyyət Materials 29 İyul 2023 23:44 (UTC +04:00)
Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı növbəti imtahanın vaxtı açıqlanıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı ilə bağlı məlumat iştirakçıların şəxsi kabinetlərinə göndərilib.

Bu barədə Trend-ə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirilib ki, avqustun 29-da ötənilki sertifikatlaşdırma prosesində ibtidai sinif üzrə uğur qazanmayan təhsilverənlər, avqustun 31-də isə ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat fənni üzrə pedaqoji stajı 3 il olan təhsilverənlər, həmçinin könüllü şəkildə iştirak etmək istəyən 60 və daha yuxarı yaşda olan təhsilverənlər test imtahanı mərhələsinə cəlb olunacaqlar.

Müəllimlər portal.edu.az platformasından qeydiyyatdan keçərək “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla test imtahanlarının vaxtı və yeri barədə məlumatlarla tanış ola bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti