...

Geomaqnit qasırğası gözlənilir

Cəmiyyət Materials 31 İyul 2023 15:24 (UTC +04:00)

Bakı.Trend:

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Bu barədə Trend-ə rəsədxanadan məlumat verilib. Bildirilib ki, Günəş ləkələrinin sayı artıb, 9 ləkə qrupu və 147 ləkə müşahidə edilir. Tac dəlikləri müşahidə olunmur.

İyulun 31-dən avqustun 6-dək C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 55 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5 faiz təşkil edir.

Müsbət qütblü tac dəliklərindən çıxan yüksək sürətli zərrəciklər selinin və tac kütlə atılmalarının təsiri ilə Günəş küləyinin sürətinin artacağı gözlənilir.

Geomaqnit sahəsinin yüksək sürətli zərrəciklər selinin təsiri ilə gün ərzində qeyri-sabit olacağı, iyulun 28-də baş vermiş atılmalarının təsiri nəticəsində isə avqustun 1-2-də G1-G2 səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır. İyulun 29-dan 30-dək qismən Yerə istiqamətlənmiş tac kütlə atılmaları qeydə alındığından həftə ərzində geomaqnit sahəsinin yenidən aktivləşməsi ehtimalı ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti