...

Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsilinə start verilir

Cəmiyyət Materials 3 Avqust 2023 14:44 (UTC +04:00)
Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsilinə start verilir

Bakı. Trend:

Avqustun 3-də “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2023-cü il üzrə ikinci sənəd qəbuluna start verilir.

Trend xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirlib ki, proqrama nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda xaricdə doktorantura səviyyəsində təhsil alan Azərbaycan Respublikası vətəndaşları müraciət edə bilərlər.

Müraciət üçün tələb olunan sənədlərin siyahısı, elanqeydiyyat linki müvafiq keçiddən əldə oluna bilər.

Proqrama müraciət müddəti 20 sentyabr 2023-cü ilə kimi davam edəcək.

Əlavə sual yarandığı zaman [email protected] elektron poçt ünvanına müraciət ünvanlaya bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti