...

Fazil Qasımov Türkiyədə saxlanılaraq Azərbaycana gətirildi - Qubad İbadoğlunun işinə görə

Cəmiyyət Materials 8 Avqust 2023 09:17 (UTC +04:00)
Fazil Qasımov Türkiyədə saxlanılaraq Azərbaycana gətirildi - Qubad İbadoğlunun işinə görə
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sosial şəbəkələrdə Qubad İbadoğlunun işi ilə əlaqədar Fazil Qasımovun Türkiyədə saxlanılaraq Azərbaycana gətirilməsi və həbsi ilə bağlı məlumatlar yayılıb.

Trend xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən təsdiqləyiblər.

Bildirilib ki, cinayət işi ilə əlaqədar axtarışda olan F.Qasımov ölkəyə gətirilərək, DİN əməkdaşları tərəfindən həbs olunaraq, istintaqa təhvil verilib.

Xatırladaq ki, Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Bakı Apellyasiya Məhkəməsi verilən qərarı qüvvədə saxlayıb.

Qeyd edək ki, İstanbul şəhərində yaşayan Fazil Qasımov Türkiyənin Özyeğin və Hollandiyanın Tilburq Universitetində Beynəlxalq Biznes İdarəçiliyi ixtisası üzrə təhsil alıb. Daha sonra təhsilini Türkiyənin İstanbul Universitetində doktorantura pilləsi üzrə davam etdirib. Hüquq və iqtisadiyyat üzrə fəlsəfə doktorudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti