Bakı. Trend:
Şuşa şəhərində xüsusi statuslu DOST mərkəz filialı yaradılacaq.
Trend xəbər verir ki, bunu DOST Agentliyinin İdarə heyətinin sədri Fərid Məmmədov DOST Agentliyinin 5 illik faəliyyəti ilə bağlı hesabat çıxışı zamanı deyib.
“5 il ərzində 1 milyon 700 minə yaxın vətəndaşa xidmət göstərilib. 2025-ci ilə kimi ölkəmizdə ümumilikdə 17 regional DOST mərkəzinin, 55 rayon üzrə DOST filiallarının, həmçinin, bir sıra ərazilərdə “Smart DOST” xidmət məntəqələrinin açılması nəzərdə tutulur”, - deyə o əlavə edib.