...

Samuxda taxıl istehsalı bu il ən yüksək həddə çatıb

Cəmiyyət Materials 12 Avqust 2023 06:15 (UTC +04:00)
Samuxda taxıl istehsalı bu il ən yüksək həddə çatıb
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı. Trend:

Bu il rayonda 13400,6 hektar sahədə taxıl biçini aparılıb. Biçilmiş sahələrin 7793 hektarı əhali təsərrüfatlarının, 5607,6 hektarı isə kənd təsərrüfatı müəssisələrinin payına düşür.

Bu barədə Trend-ə Samux Rayon Statistika İdarəsindən bildirilib.

Məlumata görə, biçilən sahələrin 7398,5 hektarı buğda, 6002,1 hektarı isə arpa olub. Sahələrdən 52989,5 ton məhsul yığılıb ki, bu da rayonun tarixində ən yüksək göstəricidir. İstehsal olunan taxılın 31300 tonu buğda, 21689,5 tonu isə arpadır. Məhsuldarlıq hər hektardan 39,5 sentner olub.

Taxıl istehsalının artması son illərdə iri taxılçılıq təsərrüfatlarının yaradılması ilə bağlıdır. Bundan əlavə, Şəmkir Maşın Su Kanalının işə düşməsi, mineral və üzvi gübrələrdən, pestisidlərdən, yüksək məhsuldar toxum növlərindən istifadə edilməsi və normal iqlim şəraiti də məhsuldarlığın artmasına müsbət təsir göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti