...

2 aptekdə nöqsanlar aşkarlanıb

Cəmiyyət Materials 14 Avqust 2023 11:06 (UTC +04:00)
2 aptekdə nöqsanlar aşkarlanıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 2023-cü ilin iyul ayı ərzində ümumilikdə 31 aptekdə planlı və plandan kənar yoxlamalar həyata keçirilib.

Bu barədə Trend-ə Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildirilib ki, yoxlamaların nəticəsində 2 aptekdə nöqsanlar aşkarlanaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.2 və 452.3 maddələri üzrə protokollar tərtib edilib.

Əczaçılıq müəssisələrində nəzarət yoxlamaları “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 2 iyul 2013-cu il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq keçirilir. Qanunvericiliyə uyğun olaraq plan üzrə (növbəti) və daxil olan şikayət, məlumat və müraciətlər əsasında plandankənar (növbədənkənar) yoxlamalar keçirilir. Əczaçılıq müəssisəsində yoxlamalar aparıldıqda “Dərman vasitələri haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunlarının və Səhiyyə Nazirliyinin Kollegiyasının “Əczaçılıq fəaliyyətini tənzimləyən bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” 11 yanvar 2018-cı il tarixli, 01 nömrəli Qərarı ilə təsdiqlənmiş Əlavələrin tələblərinin yerinə yetirilməsinə nəzarət edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti