...

Qaxa istirahətə gedən 31 yaşlı kişi intihar etdi

Cəmiyyət Materials 14 Avqust 2023 13:10 (UTC +04:00)
Qaxa istirahətə gedən 31 yaşlı kişi intihar etdi

Bakı. Trend:

Qaxa istirahətə gedən kişi intihar edib.

Trend xəbər verir ki, hadisə bu gün saat 11 radələrində rayonun İlisu kəndində çay kənarında baş verib.

Belə ki, 1992-ci il təvəllüdlü Sabirabad rayon sakini Təriqət Rövşən oğlu Mürsəlovun meyiti ağacdan asılı vəziyyətdə tapılıb.

İlkin araşdırma zamanı T. Mürsəlovun intihar etdiyi məlum olub.

Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti