...

Azərbaycanda evlənənlərin sayı azalıb, boşananların sayı çoxalıb

Cəmiyyət Materials 14 Avqust 2023 15:25 (UTC +04:00)
Azərbaycanda evlənənlərin sayı azalıb, boşananların sayı çoxalıb

Bakı. Trend:

Azərbaycanda evlənənlərin sayı azalıb, boşananların sayı çoxalıb.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, 2023-cü ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 24146 nikah və 10631 boşanma halları qeydə alınıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,8-dən 4,8-ə düşüb, boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti