...

Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Cəmiyyət Materials 14 Avqust 2023 16:48 (UTC +04:00)
Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Bakı. Trend:

Avqustun 15-18-də gündüz saatlarında Böyük Qafqaz zonasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərə görə, qısamüddətli leysan olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Bəzi dağ çaylarında sululuğun artacağı, qısamüddətli sel keçəcəyi ehtimalı var.

Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti