...

Kolleclərə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Cəmiyyət Materials 16 Avqust 2023 15:30 (UTC +04:00)
Kolleclərə qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

Bakı. Trend:

Ümumi orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə (kolleclər) qəbul olunanların elektron sənəd qəbulu davam edir.

Elm və Təhsil Nazirliyindən Trend-ə bildirilib ki, elektron sistem üzrə qeydiyyat avqustun 23-ü saat 18:00-da yekunlaşacaq.

Müraciətçilər portal.edu.az üzərindən qeydiyyatdan keçərək, “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatları təsdiq edilir.

Həmçinin, müraciət zamanı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından azad olunmaq və ya təhsil haqqı güzəşti əldə etmək üçün məlumatların təqdim edilməsi hissəsi də mövcuddur.

Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti