...

Bakıda itkin düşən 17 yaşlı qız tapıldı (YENİLƏNİB)

Cəmiyyət Materials 17 Avqust 2023 10:36 (UTC +04:00)
Bakıda itkin düşən 17 yaşlı qız tapıldı (YENİLƏNİB)

Bakı. Trend:

Bakıda itkin düşən 17 yaşlı qız tapılıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, gənc qız polis orqanına daxil olan müraciət əsasında tapılaraq ailə üzvlərinə təhvil verilib:

“Onun ailə üzvlərindən xəbərsiz qohum evində olması müəyyən edilib. Kriminal tərkib yoxdur”.

xxx

09:09

Bakıda 17 yaşlı qız itkin düşüb.

Trend xəbər verir ki, hadisə avqustun 14-də Nərimanov rayon ərazisində qeydə alınıb.

Məlumata görə, 2006-cı il təvəllüdlü Jalə Vahabzadə yaşadığı evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti