...

Kənd təsərrüfatı məhsullarında qıtlıq yaranacaq? - Rəsmi AÇIQLAMA

Cəmiyyət Materials 21 Avqust 2023 13:58 (UTC +04:00)
Kənd təsərrüfatı məhsullarında qıtlıq yaranacaq? - Rəsmi AÇIQLAMA
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda son günlərdə havaların həddən artıq isti keçməsinin kənd təsərrüfatına mənfi təsir göstərdiyi, hətta bir sıra kənd təsərrüfatı məhsullarının qıtlığının yaranacağı ilə bağlı müxtəlif fikirlər səsləndirilir.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Kənd Təsərrüfatı Nazirliyi Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov deyib ki, havaların isti keçməsinə görə hər hansı bir qıtlıq gözlənilmir.

O qeyd edib ki, havaların son dövrlərdə isti keçməsi kənd təsərrüfatına müəyyən dərəcədə təsir göstərir.

“Nəzərə almalıyıq ki, taxıl sahələrində biçin başa çatıb, dağlıq və dağətəyi rayonlarda təqribən 98 faiz yığılıb. Havaların yağmursuz keçməsi itkisiz olaraq məhsulun yığımına şərait yaratdı.

Digər kənd təsərrüfatı bitkiləri ilə bağlı da becərmə işləri davam edir. Misal üçün, pambıq, tütün, şəkər çuğunduru sahələrində suvarma işləri təqvimə uyğun davam edir. Doğrudur, bəzi bitkilər var ki, isti havalara müəyyən dərəcədə həssasdır. Misal üçün, qarğıdalı bitkisinin çiçəkləmə mərhələsində havanın temperaturu 35 dərəcədən yuxarı olanda tozlanma prosesini ləngidir ki, bu da məhsuldarlığa mənfi təsirini göstərir. Amma hazırda suvarma ilə bağlı sıxıntı olmadığına görə hər hansı risk gözlənilmir”, - deyə o qeyd edib.

İ.Cümşüdov vurğulayıb ki, digər meyvə-tərəvəz bitkiləri üzrə də becərmə işləri davam edir.

“Suvarmalar olduğu halda, isti havalar məhsuldarlığa mənfi təsir göstərmir. Əksinə, suvarmalar vaxtında aparıldığı halda, günəş şüaları məhsulun keyfiyyətinə müsbət təsir göstərir. Hər hansı bir qıtlıq gözlənilmir”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti